Altı ölkənin vətəndaşları ABŞ-a buraxılmayacaq - QƏRAR QÜVVƏYƏ MİNDİ
ABŞ əhalisinin əksəriyyəti müsəlmanlar olan İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına vizaların verilməsində yeni meyarlar tətbiq edib.
APA TV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin memorandumunda bildirilir.
Sənədə əsasən, vizaların yalnız ABŞ-da sıx ailə və işgüzar əlaqələri olan namizədlərə verilməsi nəzərdə tutulur. Vurğulanır ki, namizədlər ABŞ-da yaxın qohumlarının (valideynlər, uşaqlar, bacı və qardaşlar) daimi yaşadığını sübut etməlidir. Uzaq qohumlarla bağlı müraciətlərə isə baxılmayacaq. Müvafiq sənəd ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə göndərilib.
Xatırladaq ki, fevral ayında ABŞ prezidenti D.Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində bu ölkəyə daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D.Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb və iyunun 29-dan etibarən qüvvəyə minmiş hesab olunur.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA