Polis 70 yaşlı sürücünü zorla yerə yıxıb üstündə oturdu - İSPANİYADA
İspaniyada polisin bir qanun pozucusuna qarşı zorakı hərəkətlər tətbiq etməsi ictimaiyyət tərəfindən sərt qarşılanıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə Barselona əyalətinin San-Kuqat-del-Valyes şəhərciyində meydana gəlib. Qanun keşikçiləri onların ünvanına ədəbsizlik nümayiş etdirməkdə günahlandırılan 70 yaşlı bir təqaüdçünü saxlayan zaman zor tətbiq edib.
Polisin verdiyi açıqlamaya görə, həmin kişi öz avtomobilini icazəsiz yerdə saxlayıb və buna görə ona cərimə yazılıb. Cavabında isə 70 yaşlı sürücü polis məmurunu təhqir edib. Daha sonra isə qanun keşikçilərindən birini itələyib.
Ancaq videogörüntülərdən aydın olur ki, qısa mübahisədən sonra polis işçisi zor gücü ilə yaşlı kişini yerə yıxıb və qollarına qandal vurması üçün onun üstündə oturub.
Məsələyə artıq yerli rəhbərlik də qarışıb. Merin təhlükəsizlik məsələləri üzrə köməkçisi Kriştina Pararayra polislərin əməllərinin araşdırılmasına nəzarəti öz üzərinə götürdüyünü açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA