Ailəlikcə narkotik bitki yetişdirən şəxsləri Qax polisi iş başında tutdu
Qaxda narkotik tərkibli bitkiləri əkib-becərən Balakən rayon sakinləri ata, oğul və qızı həbs edilib.
APA TV-nin məlumatına görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qorağan kəndində yerləşən meşə sahəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb və polis əməkdaşları həmin narkotik bitkilərin Balakən rayonu Gərəkli kənd sakinləri olan 1962-ci il təvəllüdlü Umayev Əli Ramazan oğlu, onun oğlu 1988-ci il təvəllüdlü Elvin Umayev və qızı 1985-ci il təvəllüdlü Pirdas Umayeva tərəfindən əkilib-becərildiyini müəyyən edib və onlar elə iş başında saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, E.Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək kollara qulluq edib. Ötən gün isə Elvin atası ilə yanaşı bacısı Pirdası da onlara kömək məqsədilə Qaxa gətirib.
Qeyd edək ki, E.Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA