Andlılar məhkəməsi Nemtsovun qatillərini günahkar bilib
Rusiyada andlılar məhkəməsi müxalif siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar hesab edib.
APA TV-nin “Euronews"a istinadən verdiyi məlumata görə, Moskva Dairə Hərbi Məhkəməsi qətlin birbaşa icraçısı kimi ittiham edilən Zaur Dadayev də daxil olmaqla, 5 nəfəri günahkar sayıb. Gələn həftə prokurorluq Z.Dadayevə tələb etdiyi cəzanı açıqlayacaq, məhkəmə isə cəzanın müddətini təyin edəcək. Cinayət Məcəlləsinə əsasən sifarişli qətldə iştirak edənləri ömürlük həbs cəzası gözləyir.
İttiham olunanlar qərarı sakit qarşılayıb. Üç gün ərzində 3 iclas zamanı andlılar yekun qərarı verməyə 13 saat vaxt sərf edib. Yekdil qərara gələ bilməyən andlılar arasında səsvermə keçirilib. 10 andlı iclasçı Dadayevi günahkar sayıb, 2-si isə bununla razılaşmayıb.
Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA