Mingəçevir sakini Qarabağ kanalında çimərkən boğulub

Mingəçevir şəhəri ərazisində bir nəfər suda boğularaq dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Kanalın nəzarətsiz ərazisində çimərkən suda boğulan 1970-ci il təvəllüdlü Məmmədov Marif Arif oğlunun meyitinin sudan çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun xilasediciləri cəlb olunub. Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, iyunun 29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR