Bakıda gözətçini döyərək bağ evini qarət edənlər ələ keçdi

Bakıda törədilən qarət hadisəsinin üstü açılıb.

 

APA TV-nin xəbərinə görə, iyunun 27-də saat 02:00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetiriblər. Mənzildən təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar. İ.Vasin xəstəxanaya yerləşdirilib.

 

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

 

Qeyd edək ki, hər iki şəxs İ.Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

 

Polis əməkdaşları Ş.Novruzov və R.Məmmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR