Azərbaycanda odlu silah hazırlayan 78 yaşlı kişi tutuldu
Daşkəsən Rayon Polis Şöbəsinə 78 yaşlı Bakir Verdiyevin odlu silah hazırlaması barədə məlumat daxil olub.
APA TV-nin xəbərinə görə, əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları Verdiyevi şübhəli şəxs qismində saxlayıblar. Onun Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan iki müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb.
Saxlanılan Bakir Verdiyev uzun illərdir bu işlə məşğul olduğunu, ancaq tutduğu əməlin əslində cinayət tərkibi daşıdığını bilmədiyini deyib. Ahıl kişi əməlinə görə peşmanlığını da gizlətməyib.
Bakir Verdiyevin evindən aşkarlanan silahlardan hər hansı cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün maddi sübutlar ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA