Sumqayıtda qamışlıqda qətl: qadının ikinci sevgilisi birincini öldürdü - TƏFƏRRÜAT
Sumqayıtda qadın üstündə qətl hadisəsi törədilib.
Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisindəki qamışlıqda baş verib.
Salonda işləyən Sona (ad şərtidir) adlı saç ustasının tanışı olan şəxs qadının əvvəllər görüşdüyü 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Taleh Azər oğlu Babazadəni görüşə çağırıb. Qadını sevdiyini və onunla yaşadığını deyən şəxs Talehdən bir daha onu narahat etməməyi tələb edib və yenidən zəng edəcəyi təqdirdə, onu öldürəcəyini bildirib. Taleh isə qadınla bundan sonra da zəngləşəcəyini və bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib. Bu zaman naməlum şəxs onun ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib. Aldığı xəsarətdən Astara rayon sakini Taleh Babazadə ölüb.
Hadisə yerinə gələn polis əməkdaşları qətldə təqsirli bilinən şəxsin kimliyini müəyyən ediblər. Sumqayıt Şəhər Polis İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, Şəmkir rayonu ərazisində tutulub.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA