AZƏRBAYCANLI VƏKİL yol qəzasında həlak oldu
Şamaxı rayonunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər yaralanıb. Rayon Milis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Şamaxı-Göylər yolunda qeydə alınıb. Şirvan şəhər sakini Rafiq Səmədovun yüksək sürətlə idarə etdiyi “Azsamand” markalı minik maşını qarşıdan “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü Rafiq Səmədov aldığı xəsarətdən ölüb. Qəza zamanı yük maşınında olan sərnişin, 55 yaşlı Rahil Yusifov isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
“Azsamand”ın sürücüsü Rafiq Səmədov Salyan rayon Hüqüq Məsləhətxanasının vəkili idi.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
582
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
611
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
809
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2161
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2134
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1961