Tovuzda Mədəniyyət Evindən 26 kondisioner oğurlayan şəxs tutuldu

Tovuzda oğurluq faktının üstü açılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Bozalqanlı kəndində tikintisi hələ başa çatmayan Nizami adına Mədəniyyət Evindən 26 ədəd kondisioneri oğurlayan şəxs saxlanılıb.

 

Rayon polis şöbəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, 31 yaşlı Tahir Orucov istintaqa cəlb olunub. Dindirilmələr zamanı Tahir Orucov əməlini boynuna alıb. Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, qarət etdiyi kondisionerlərin hamısını Gəncədəki mağazalara satıb və əldə etdiyi pulu xərcləyib. Əlavə edib ki, oğurluğu təkbaşına törədib və bu cinayətdə ona heç kim yardım etməyib.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR