PYD Türkiyəni hədələdi: MÜHARİBƏ BAŞLAYAR!
PKK-nın Suriya qanadı olan PYD/YPG Türkiyəyə xəbərdarlıq edib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-dan hərbi dəstək alan qruplaşmanın nümayəndəsi Nasir Hac Mənsur Ankaranı müharibə ilə hədələyib.
Nasir Mənsur Türk ordusunun Suriya sərhədini keçəcəyi təqdirdə müharibə başlayacağını bəyan edib.
Mənsur əlavə edib ki, Türkiyənin istənilən müdaxiləsi İŞİD-lə mübarizə məqsədilə keçirilən əməliyyatlara zərər verəcək.
Xatırladaq ki, adı çəkilən və Ankara tərəfindən terror qruplaşması elan edilən PYD/YPG Suriyanın şimalında Türkiyə ilə sərhəddə cəmləşib. Suriyadakı Amerika hərbi kontingenti Rəqqa əməliyyatına məhz bu qruplaşma ilə birgə başlayıb.
Suriyanın şimalından Türkiyə ərazisi tez-tez atəşə tutulur. Rəcəb Tayyib Ərdoğan isə həmin bölgədə kürd dövləti yaradılmasına imkan verməyəcəklərini dəfələrlə bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA