Fanatları hind aktyoru Bakıda belə qarşıladı

Nizami Kino Mərkəzində Hindistanın məşhur aktyoru Avinaş Saçdevinin imza günü və sevənləri ilə görüşü keçirilib.

 

APA TV-nin məlumatına görə, aktyoru görmək üçün kinoteatra yüzlərlə pərəstişkarlar yığışıb. Hətta izdiham böyük olduğundan, Avinaş uzun müddət səhnəyə çıxa bilməyib.

 

Daha sonra pərəstişkarların alqış sədaları altında səhnəyə çıxan Bollivud ulduzu ölkəmizi bəyəndiyini və yenidən buraya gələcəyini söyləyib. Aktyor bu cür coşğu ilə qarşılanmasından məmnun olduğunu bildirib: “Azərbaycanda, Bakıda olmaqdan çox məmnunam. Bu, mənim Azərbaycan tamaşaçılarım ilə sonuncu görüşüm olmayacaq. Sevinirəm ki, Azərbaycanda məni bu qədər sevirlər. Bilin ki, sizin məni sevdiyiniz qədər mən də sizi sevirəm. İlk dəfədir ki, mən Bakıya səfər edirəm. Ümid edirəm ki, gələcəkdə regionlarla da tanış ola biləcəyəm. İnanıram ki, gələcəkdə iki ölkənin mədəni əlaqələrində körpü rolunu oynayacağam. Məni sizinlə görüşdürdüyünə, bu tədbiri təşkil etdiyinə görə Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürümü bildirirəm”.

 

Çıxışdan sonra Avinaş səhnədə pərəstişkarlı ilə şəkil çəkdirib, imza verib.

 

Qeyd edək ki, Avinaş Saçdevi Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı bəla" serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR