Azərbaycanlı çempion qızı maşın vurub öldürdü - HADİSƏ ANI

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

 

APA TV-nin xəbərinə görə, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Olay anının internetdə yayılan videosundan görünür ki, Reyhan Məmmədova iti ilə yolu piyada zolağından keçərkən sürətlə gələn avtomobil tərəfindən vurulur. Sürücü bir neçə dəqiqə şok vəziyyətində avtomobildə oturur. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlir.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından bildirilib ki, Reyhan Məmmədova bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR