Masallıda dəhşətli qəza: ana və oğlu öldü

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Beyləqan rayon sakini, 37 yaşlı Mehdi Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomaşını ilə Masallının Xıl kənd sakini, 29 yaşlı Elmin Bayramovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın toqquşub. Nəticədə "VAZ"ın sürücüsü Elmin Maarif oğlu Bayramov və anası, 51 yaşlı Reyhanə Maşallah qızı Abbasova hadisə yerində keçinib.

 

"VAZ"ın sürücüsünün qardaşı, 26 yaşlı Mahir Bayramov, yük maşınının sürücüsü, 37 yaşlı Beyləqan sakini Mehdi Hüseynov və 36 yaşlı sərnişini Bəhruz Qafarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Mahir Bayramovun vəziyyətinin ağır olduğu deyilir.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomaşında sıxılmış vəziyyətdə qalan cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil verib. Qəzanın səbəbləri araşdırılır.

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR