Qətər-Türkiyə yaxınlaşması: MÜDAFİƏ NAZİRLƏRİ ANKARADA GÖRÜŞƏCƏK
Qətərin müdafiə naziri iyunun 30-da Türkiyəyə səfərə gələcək. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Xalid bin Məhəmməd əl-Ətiyyə Ankarada türkiyəli həmkarı Fikri İşıqla görüşəcək.
Görüşdə iyunun 5-dən davam edən Qətərə qarşı tətbiq edilən sanksiyalar dəyərləndiriləcək. Bundan başqa əmirlik ərazisində mövcud olan Türk hərbi bazası ilə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, "Qətər böhranı" başlayan andan Dohaya ilk dəstək verən ölkə Türkiyə olub. Anti-Qətər koalisiyasının etirazlarına baxmayaraq Ankara Qətərdə hərbi bazasının genişləndirilməsi barədə qərar verib və adı çəkilən ölkəyə əlavə qüvvələr göndərib. Qətərə təqdim edilən "barışıq şərtləri" sırasında Türk hərbi kontingentinin ölkə ərazisindən çıxarılması da israr edilir.
Bu arada Qətərin hakim ailəsinə məxsus böyük şirkətlərdən birinin sahibi Şeyx Əbdüləziz bin Əhməd əl-Tani Körfəz ölkələri ilə münasibətlərə son verdiklərini açıqlayıb.
O, bütün layihələri məhz Türkiyə ilə birgə reallaşdıracaqlarını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA