Zaqatalada 10 ton çətənə kolu məhv edildi

Zaqatalada külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş-xaş 2017” şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri keçirib.

 

Nəticədə rayonun Aşağı Tala kənd bələdiyyəsinə məxsus və rayonun Yuxarı Çardaqlar kənd sakininə icarəyə verilmiş 2,5 hektar torpaq sahəsində ümumi sayı 17983 ədəd olmaqla çəkisi 9 ton 865 kq narkotik tərkibli bitki hesab olunan və yabanı halda bitmiş çətənə kolları RPŞ-nin əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

 

Zaqatala RPŞ-dən bildirilib ki, rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirləri il boyu davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR