Rusiyadan ABŞ-a sərt xəbərdarlıq - VURARIQ!

"ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə tutarlı cavab verəcəyik".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov alman həmkarı Sigmar Gabriel ilə mətbuat konfransında səsləndirib.

 

Bir qədər əvvəl isə Kreml sözçüsü Dmitriy Peskov da ABŞ-ın Suriyadakı addımlarına cavab verməyin zəruri olduğunu bəyan edib.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsədin yeni kimyəvi hücum hazırladığını bildirib.  

 

Rusiyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanatında, əksinə, Ağ Evin Suriyadakı terrorçulara kimyəvi silah hazırlanmasında dəstək verdiyini vurğulayıb. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR