ABŞ-da benzin ehtiyatlarının azalması nefti bahalaşdırır
ABŞ Energetika Nazirliyinin ölkənin neft və benzin ehtiyatlarının həcminə dair hesabatı birjalarda “qara qızıl”ın qiymətinə pozitiv təsir göstərib.
APA TV-nin məlumatına görə, nazirlik ölkənin neft ehtiyatlarının həftə ərzində 118 min barel artdığını, benzin ehtiyatlarının isə 854 min barel azaldığını açıqlayıb. ABŞ-da dizel yanacağı isə bir həftədə 223 min barel azalıb.
Bu hesabatdan sonra birjalarda “Brent” markalı neftin bir bareli 1,3 dollar bahalaşıb. Dünən səhər seanslarında 46,44 dollara satılan neft bu gün 47,74 dollardan alınır. Qərbi Texas nefti də 1,17 dollar bahalaşıb. Hazırda WTİ nefti 44,98 dollardan təklif olunur.
Sabah “Baker Hughes” şirkəti ABŞ-da qaya nefti hasil edən buruqların sayına dair növbəti hesabatı açıqlayacaq. Analitiklər buruqların sayının bu həftə də artacağını proqnozlaşdırır. Qeyd edək ki, son 23 həftə ərzində ABŞ-da şist nefti hasilatına cəlb olunan buruqların sayı artmaqdadır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA