Xəzərdə SOCAR əməkdaşlarının qayığı qəzaya uğradı: 5 yaralı

İyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N. Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək, 34 saylı meydançanın ayağına toxunub. APA TV xəbər verir ki, məlumatı SOCAR-ın mətbuat xidməti yayıb.

 

Hadisə nəticəsində qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

Hadisənin səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR