Dnestryanı separatçıları arasında didişmə: keçmiş lider qaçdı

Moldovanın Dnestryanı separatçılarının keçmiş lideri Yevgeni Şevçuk Dnestryanı bölgəsini gizlicə tərk edib və naməlum istiqamətdə qaçıb. o, 2011-2016-cı ildə separatçı rejimə rəhbərlik edib.

 

Yevgeni Şevçuku qaçmağa separatçı rejimin hazırkı rəhbərliyinin onu mənimsəmədə günahlandırması və həbsinə hazırlıq görülməsi vadar edib.

 

Separatçı rejimin “baş prokuror”u bildirib ki, Yevgeni Şevçuk 8 milyon dollar vəsaiti mənimsəyib.

 

Toxunulmazlığının ləğv ediləcəyini eşidən separatçı rejimin keçmiş lideri xüsusi vasitələrlə çayı keçərək, Dnestryanı bölgəsini tərk edib. O qaçdıqdan sonra separatçı rejim Yevgeni Şevçukun toxunulmazlığını ləğv edib.

 

Dnestryanı münaqişəsinin həllinə dair uzun illər ərzində gedən danışıqlar bir nəticə verməyib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR