Saatlıda 2 avtomobil toqquşdu: 3 yaralı

Saatlıda baş verən avtoqəzada 3 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, günorta saatlarında Saatlı rayonunun Dəllər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Saatlı rayonunun Dəllər kənd sakinləri - 1990-cı il təvəllüdlü Cəlilov Ramil Şamir oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1967-ci il təvəllüdlü Qurbanov Mürsəl Ələmdar oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və "VAZ-2106"nın sərnişini, 1989-cu il təvəllüdlü Mirzəzadə İlkin Lazım oğlu müxtəlif xəsarətlərlə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ağır kəllə-beyin travması alan İ.Mirzəzadə komatoz vəziyyətdə Bakı şəhərinə xəstəxanalardan birinə yola salınıb.
 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR