ABŞ enerji siyasətini dəyişir - SATIŞA FANTASTİK HƏCMDƏ QAZ ÇIXARILIR

ABŞ 2020-ci ilədək propan və butan qazlarının qarışığından yaranan təbii qaz növünü dünya bazarına çıxaracaq. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Ağ Evdən bildirilib.

Bu qazın satışından 2040-cı ilədək ABŞ dövlət büdcəsinə 118 milyard dollar əlavə vəsait daxil olacağı planlaşdırılır.

 

1953-cü ildən bu günədək ABŞ təbii qaz idxalatçısı kimi tanınırdı.

Xatırladaq ki, aprelin 28-də ABŞ prezidenti Donald Tramp sələfinin təbii ehtiyat hasilatına məhdudiyyətlə bağlı fərmanını ləğv edərək, Atlantik, Sakit və Şimal buzlu okeanları ərazisində hasilatın artırılmasına göstəriş verib.

 

Qeyd edək ki, göstərilən ərazilərdə 90 milyard barel neft, 9 trilyon kubmetr qaz ehtiyatı mövcuddur.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR