BƏƏ: Qətər məsələsində risk edirik, amma nəticəni hesablamışıq

Anti-Qətər koalisiyası Dohaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Birləşmiş Ərəb Əmirliklərinin Rusiyadakı səfiri Ömər Qobaş çıxış edib.


Diplomat Dohaya yardım edən ölkələrə xəbərdarlıq edərək "Ya Qətər, ya biz" mesajını göndərib.

Ömər Qobaş Qətərə qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini sözlərinə əlavə edib. O, Qətər əmirinin İranla əlaqələri davam etdirəcəkləri ilə bağlı dediyi sözlərə də münasibət bildirərək, məhz bu açıqlamaya görə əmirliklə əlaqələri davam etdirmək istəyən dövlətlərlə ticarət əlaqələrinin birdəfəlik kəsiləcəyini vurğulayıb: "Riskə getdiyimizi də anlayırıq. Tamamilə İranın təsiri altına düşə bilərlər. Biz nəticəni hesablamışıq. Qətər seçim etməlidir".

 

Xatırladaq ki, dörd ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn anti-Qətər koalisiyasının önündə gəlir. Adı çəkilən ölkəyə Küveyt vasitəçiliyi ilə "barışıq şərtləri" təqdim edilib. Dohadan əsas olaraq məhz İranla əlaqələrə son qoymaq tələb olunur. Qətər əmiri isə bu şərtləri qəbul etməyəcəklərini açıqlayıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR