Qızıl bazarında ucuzlaşma - REPORTAJ

Ramazan ayı bitdi, toy mövsümü yenidən başlayır. Bu isə o deməkdir ki, toya hazırlıqlar çərçivəsində qızıl alış-verişinə də start verilir. 

 

Qızıl bazarındakı son durumu öyrənmək üçün yolumuzu paytaxtın məşhur qızıl satışı şəbəkəsi olan Moskva Univermağından saldıq. Görünən o idi ki, univermağın satıcıları alıcı sarıdan korluq çəkmirlər.

 

Qiymətlərlə maraqlandıq. Aydın oldu ki, ötən aylarda 583-585 əyarlı qızılın qramı təxminən 75-80 manata satılırdısa, hazırda bu rəqəm 65-75 manat arasında dəyişir. Yəni ilin əvvəli ilə müqayisədə qızılın qiymətində müəyyən qədər ucuzlaşma var.

 

Öyrəndik ki, hazırda Bakıda yerləşən qızıl mağazalarında ötən ilin son ayları ilə müqayisədə qiymətlər təxminən hər qramına görə 5 dollar ucuzlaşıb: “Əgər ötən aylarda 583-585 əyyarlı qızılın qramı təxminən 75-80 manata satılırdısa, hazırda bu, 65-75 manat arasında dəyişir. 750 əyyar isə modelindən asılı olaraq 85-90 manat arasında qiymətlə satılırdısa, hazırda bu da 5 dollar ucuzlaşıb. Komplektlərə gəlincə isə qiymətlər müxtəlifdir. Belə ki, 2 mindən 10, hətta 15  minə qədər komplekt tapmaq olar”.

 

Satıcılar qiymətlərin manatın məzənnəsi ilə birbaşa əlaqəli olduğunu bildirdilər. Onların sözlərinə görə, malı xaricdən dollarla alıb manatla satdıqları üçün mövcud məzənnə qiymətlərə əsaslı təsir edir. Bazarda qiymətin ucuzlaşması alıcılıq qabiliyyətini bir qədər də artırıb.

 

Qızıl mağazalarında olduğumuz zaman müşahidə etdik ki, xeyli sayda insan qızılla maraqlanır. Satıcılar da təsdiqlədilər ki, toy mövsümü olduğu üçün qızıl almağa maraq göstərənlərin sayında artım var: "Sarı qızıla tələbat böyükdür. Türk qızılının qramı 53-65 manata təklif edilir. Rus qızılının qramı 45-55 manata, italyan qızılı isə 65-85 manata satılır. Qızıl dəstləri müxtəlif qiymətlərə təklif olunsa da, 1500 manatdan başlayır. Qızılın alışına gəlincə, rus qızılının qramını 38-45 manata, italyan qızılını isə 50-55 manata alırıq".

 

Satılar onu da bildirdilər ki, bu gün qızıl aksesuarlara tələbat daha böyükdür: "Qol saatlarına, 750 əyarlı qızıllara tələbat böyükdür. Tək qol saatlarının ən ucuzu 600-700 manatdan başlayır. Qolbaqlı saatlar 750 əyarla 2000 manatdan başlayır. 583 əyarlı qol saatları isə 16000 manatdan başlayır. Aksesuarlardan qızıl qələm, qalstuk sancaqları, hədiyyəlik qızıl 10-luq, 5-lik, 25-liyin də qiyməti əyarına görə müəyyənləşir. Məsələn, tək sancaq 60-70 manata təklif edilir. Qızıl təsbehlər, qızıl breloklar 500-800 manat arasında təklif edilir. Hədiyyəyə tələbat əvvəlki kimi olmasa da, ümumilikdə normal sayıla bilər".

 

Alıcılar da qiymətlərdən məmnun görünürdülər.

 

Alana da, satana da xeyirli olsun! Toylarınız mübarək!

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR