İŞİD-çi uşaqlar iki əsiri güllələdi - REAL GÖRÜNTÜ

İŞİD terror təşkilatı insanlığa qarşı daha bir cinayətə imza atıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terror təşkilatı Əfqanıstanda çəkilən edam videosunu paylaşıb.

 

Qan donduran videoda bu dəfə İŞİD sıralarına məcburi cəlb edilən iki azyaşlı casus olduqları iddia edilən iki nəfəri öldürür. Terror qruplaşmasının beyinlərini yuyaraq yetişdirdiyi uşaqlar önlərində diz çökmüş və əlləri arxadan bağlanmış iki adamı gözlərini qırpmadan güllələyir.

 

Terror təşkilatının yaydığı digər videoda isə əllərində ağır silahlar olan 4 İŞİD-çi 3 nəfəri qətlə yetirir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR