Tramp-Əsəd danışıqları son anda baş tutmayıb - PLAN NİYƏ POZULUB?

ABŞ və Suriya prezidentlərinin telefon əlaqəsinin yaradılması barədə gizli danışıqlar aparıldığı məlum olub. APA TV-nin məlumatına görə, bu barədə "The New York Times" yazıb.


Mətbuata sızan xəbərdə Donald Tramp və Bəşər Əsədin 2002-ci ildə Suriyada yoxa çıxan amerikalı jurnalist Austin Ticenin taleyinə aydınlıq gətirilməsi ilə bağlı müzakirəsi planlaşdırılıb.


Jurnalistin Əsəd tərəfindən əfv ediləcəyi gündəmdə olub. Tramp onun ABŞ-a göndəriləcəyi təqdirdə Əsədə zəng vurmağa razılıq verib.


Lakin bu danışıqlara ABŞ aviasiyasının Şayrat aviabazasındakı Suriya qırıcılarını bombalaması mane olub.

 
Məlumatda o da qeyd olunur ki, MKİ-nin keçmiş rəhbəri Mark Pompeo və Suriyanın sanksiyalara məruz qalan həmkarı Əli Məmlük arasında 2011-ci ildə məsələ ilə bağlı telefon danışığı gerçəkləşib. Bu danışıq bu vaxta qədər iki ölkə rəsmisi arasında son əlaqə olub. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR