Neft ucuzlaşmaqda davam edir - DİQQƏT ABŞ-A YÖNƏLİB

Dünya birjalarında neft ucuzlaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin dəyəri azalaraq 46,52 dollar olub.

 

Qərbi Texas neftinin qiyməti də ucuzlaşıb. WTI markası 1 barelə görə 0,21 dollar enərək 44,03 dollar təşkil edib.

 
Neftin ucuzlaşmasına ABŞ-da "qara qızıl" ehtiyatlarının artması ilə bağlı xəbərlər səbəb olub. 

 

Ekspertlərin qənaətincə, Meksikadakı "Sindi" qasırğası səbəbindən bəzi yataqlarda işlərin dayandırılması qiymətlərdə artıma səbəb olmalı idi. Lakin bazar gözləntilərinin əksinə olaraq ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 851 min barel artıb. Benzinə gəlincə, ABŞ-da benzin ehtiyatlarının həcmi 678 min barel artaraq, 1,4 milyon barelə çatıb.

 

Bununla belə analitiklər iyunun 28-də ABŞ Energetika Nazirliyinin neft ehtiyatı həcminin ötən həftə boyunca 3,25 milyon barelədək məhdudlaşdırıldığını açıqlayacağını ehtimal edir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR