Putin Ermənistandakı Rusiya qoşunları üzrə nümayəndə təyin etdi
Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Nikolay Pankovu Rusiya-Ermənistan qoşunlarının birləşdirilmiş qrupuna dair sazişin ratifikasiyası məsələsinin parlamentdə müzakirəsi prosesində prezidentin nümayəndəsi vəzifəsinə təyin edib. APA TV-nin məlumatına görə, bunu Rusiya mətbuatı yazıb.
Qeyd edək ki, Vladimir Putin 2016-cı ilin noyabrında müvafiq razılaşmanı təsdiqləyib. Yaradılan qurumun silahlı hücuma, tərəflərin təhlükəsizliyinə mümkün təhdidlərə adekvat reaksiya verəcəyi nəzərdə tutulur.
Qrup komandanı Rusiyanın ali baş komandanı ilə razılaşdırıldıqdan sonra Ermənistanın ali baş komandanı tərəfindən təyin edilir.
Sülh şəraitində Qrup komandanı Ermənistanın Baş Qərargahına tabe olur, müharibə dövründə isə tərəflərin razılığı ilə Rusiya Cənub Hərbi Dairəsi komandanının tabeçiliyinə keçə bilər.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA