Fətullah Gülən Berlində məscid açdı - GEYLƏR VƏ LEZBİYANLAR ÜÇÜN
Almaniyanın paytaxtı Berlində "liberal məscid" adlı yeni ibadət yeri fəaliyyətə başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Höte və İbn Rüşdün adını daşıyacaq məscid 90 kvadratmetr sahədə yerləşir.
Xristian kilsəsinə məscid üçün müsəlmanlara yer verilməsi ən maraqlı məqamdır. Daha bir maraqlı məqam həmin xristianların mavi olmasındadır. Bu ibadətgahda azanı belə lezbiyan olduğu iddia edilən qadın səsləndirir.
Sözügedən "liberal məscid"in hazırda ABŞ-da gizlənən Fətullah Gülənə məxsus olduğu deyilir. O, 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdi, habelə terror təşkilatlarının maliyyələşdirilməsi kimi cinayətlərdə ittiham olunur.
Berlində mavi, homoseksual və feministlər üçün bir qəribə məscidin açılması ölkədəki müsəlman təbəqənin etirazına səbəb olub. Hiddət doğuran daha bir detal isə bu məscidə gələn qadınların açıq-saçıq geyimlərdə olması, baş örtüyündən istifadə etməməsidir.
Qeyd edək ki, bu qeyri-standart məscidin fəaliyyətindən narazıların çoxluq təşkil etməsindən təlaşa düşən polis oranın mühafizəsini gücləndirib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA