AB "Google" şirkətinə 90 gün vaxt verdi: "Bu hərəkətlərinə son verməsə..."

Avropa Birliyi Komissiyası tanınmış "Google" şirkətinə rəqabət qanunlarını pozduğuna görə 2.42 milyard avro pul cəzası kəsib.

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, "Google" şirkəti AB Komissiyasının Brüsseldə verdiyi bu qərara etiraz edəcəyini açıqlayıb.

Şirkət haqqında istintaq araşdırmaları 6 il əvvəl başladılıb və bu müddətdə komissiya ilə şirkət arasındakı danışıqlardan bir nəticə əldə olunmamışdı.

AB Komissiyasının nümayəndəsi Marqaret Vestaqerin sözlərinə görə, şirkətə qarşı irəli sürülən bu cərimə indiyəcən antiinhisarçılıq məsələləri üzrə tətbiq olunmuş rekord məbləğdir:

"Google" bazardakı hakim mövqeyindən sui-istifadə edərək özünə aid alış-veriş xidmətlərini axtarış nəticələri zamanı sistematik olaraq daima önə çıxardıb. Şirkət bu strategiyasına 90 gün içində son qoymasa, əlavə cərimələr ödəmək məcburiyyətində qalacaq''.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR