Nyu-Yorkda qatarın relsdən çıxması 34 nəfərin xəsarət almasına səbəb olub

Nyu-Yorkda metro qatarı relsdən çıxaraq qəzaya uğrayıb. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 34 nəfər xəsarət alıb.

İlkin məlumata görə, qatarın relsdən çıxmasına səbəb elektrik enerjisinin verilişində yaranmış nasazlıq ucbatından maşinistin qəfildən əyləci sıxması olub. Hadisə zamanı qatarla yanaşı tunelə və dəmir yolu xəttinə də ziyan dəyib.

Bundan sonra qatarların hərəkətində məhdudiyyətlər yaranıb və digər iki qatarın hərəkəti, ümumiyyətlə, dayandırılıb. Qatarların hərəkətinin bərpası üçün tuneldə bərpa işlərinə başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR