Polşa prezidenti: "İstərdik Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti yaradılsın"
"Çox istərdik ki, Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılsın. Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi tam həyata keçirilir".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə Varşavada görüşdən sonra Polşa prezidenti Andjey Duda mətbuata bəyanatında deyib. Polşa prezisenti bildirib ki, görüşdə bir çox məsələyə toxunulub, bir çox məsələlərdə ortaq fikrə gəlinib və qarşılıqlı iqtisadi-siyasi əməkdaşlığın önəmindən bəhs edilib.
"Hesab edirik ki, biz bu perspektiv sayəsində, həmçinin ticari münasibətlərimizi və təmaslarımızı genişləndirəcəyik. Bizim qarşımızda həm Polşa, həm Azərbaycan üçün böyük imkanlar açılacaq. Bu səbəbdən iqtisadi münasibətlərimiz ikitərəfli münasibətlərimizin vacib bir hissəsidir. Mən çox şadam ki, bizim Asiya regionu ilə iqtisadi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövqeyimiz üst-üstə düşür. İstərdik ki, bu layihələri həyata keçirək", - deyə prezident Andjey Duda bildirib.
Prezident İlham Əliyev isə Azərbaycan-Polşa siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib, bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA