Doğmalarının qəbirlərini ziyarət edərkən yanğına yol açdılar - GÖYÇAYDA YANĞIN
Göyçayda qəbiristanlıqda yanğın olub.
APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə Göyçayın Potu kəndi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Məlumata görə, dünyasını dəyişmiş doğmalarını ziyarət edən bəzi kənd sakinləri qəbiristanlıqda təmizlik işləri aparıb və məzarların ətrafındakı kol-kosu yandırarkən ehtiyatsızlığa yol verib. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.
Hadisə yerinə FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbiristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və xırda ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıb və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA