Ələtdə yük maşınları ilə minik maşını toqquşub: xəsarət alanlar var
Bakı-Qazax yolunda yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun 72-ci kilometrliyində, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “KamAZ” və “Mercedes” markalı yük avtomobilləri ilə “Audi” markalı minik maşını toqquşub.
Nəticədə aşan "Audi" markalı minik maşını yük maşını ilə yol kənarındakı dəmir arakəsmələr arasında qalaraq əzilib. Qəza nəticəsində həmin avtomobildə iki nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:52
458
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
516
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
594
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
519
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
647
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
680