Bakı-Qazax yolunda qəza: ölənlər və yaralanan var

Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində "Toyota" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan Tovuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Orxan Mirzəyev və 1990-cı il təvəllüdlü Elgün Abbasov aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, 1994-cü il təvəllüdlü Əliyev Seymur Yaşar oğlu isə Şirvan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR