Astara sakininin evindən avtomat və külli miqdarda narkotik tapıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinini zərərsizləşdirib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri Qum küçəsi ev 130-da qeydiyyatda olan 32 yaşlı Vüqar Şiriyev saxlanılıb. Onun evinə baxış keçirilərkən 1 kq-dan çox çəkidə olan heroin, 5,4 qr həşiş qətranı, ümumi çəkisi 540 qr olan tiryək götürülüb: "Tanımadığım şəxsdən telefonla zəng vurub gedib götürmüşdüm. Satmayacaqdım, bir yer var, aparıb ora qoyacaqdım".

 

Bundan başqa, Vüqar Şiriyevin evindən 1 ədəd 410 kalibri “Sayqa” markalı pnevmatik avtomat silah, 1 ədəd sandıqça və həmin silaha aid 31 ədəd patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.  

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR