Bollivud ulduzu: "Azərbaycanı sevəcəyimi bilirdim"
Hindistanın məşhur aktyoru Avinaş Saçdevi Bakıda səfərdədir. APA TV-nin xəbərinə görə, Bollivud ulduzu keçirdiyi mətbuat konfransında Azərbaycana səfərindən qürur hissi keçirdiyini deyib: "Azərbaycanda olmaqdan çox xoşbəxtəm. Bu ölkə ilə tanışlığa böyük marağım var idi".
Avinaş Saçdevi Azərbaycanda ən çox insanların qonaqpərvərliyini bəyənib: "Azərbaycana gələcəyim təqdirdə, buranı sevəcəyimi bilirdim. Əsas istəyim Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olmaqdır".
Avinaş Saçdevi Azərbaycan filmlərini izləmədiyini, amma hər hansı bir təklif olarsa, Azərbaycanda müəyyən layihələrdə iştirak edə biləcəyini deyib.
Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gələn aktyorun iyunun 28-də "Nizami" sinema-klubda imza günü və fanatları ilə görüşü nəzərdə tutulub. Məqsəd Hindistanla Azərbaycan arasında mədəni əlaqələrin qurulması və Avinaşın fanatları olan ölkələrdə Azərbaycanın təbliğatını aparmaqdır. Bu dəvət Azərbaycanın dünyada tanıdılmasına hesablanıb.
Qeyd edək ki, Avinaş Saçdevi Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı bəla" serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA