Mələk Heydərova ilk kitabını təqdim etdi
Teleaparıcı Mələk Heydərova “Bizdə qadın” adlı ilk kitabını təqdim edib.
APA TV-nin xəbərinə görə, "Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası" seriyası çərçivəsində çap olunan kitab ayrı-ayrı vaxtlarda yazılan publisistik yazılar toplusundan ibarətdir. Qadının güclü bir varlıq olduğu əks olunan kitabda, ailə, cəmiyyət, mental məsələlər öz əksini tapıb.
Təqdimatda tanınmış mədəniyyət və media nümayəndələri, yazarlar və jurnalistlər iştirak edib. Çıxış edənlər kitabla bağlı müsbət fikirlərini bölüşüblər.
Tədbirdə qeyd olunub ki, bu kitab qadın oxucular üçün daha diqqət çəkən olacaq. Tədbirin aparıcısı İlham Tumas bildirib ki, Mələyin yazılarında hər zaman bir işıq, ümid var. Çünki Mələk soruşur, düşünür və bu naxoş məhəbbətlərdən çıxış yolunu da deyir, oxucusunu ümidsizliyə deyil, ümidə dəvət edir.
Təqdimatdan sonra oxucular üçün imza mərasimi keçirilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA