"Əl-Qaidə" girov motosikletçini 6 ildən sonra azad etdi
Altı ildir "əl-Qaidə" terror təşkilatının girovluğunda olan İsveç vətəndaşı sərbəst buraxılıb.
APA TV-nin məlumatına görə, Yohan Qustafson 2011-ci ildə Malidə "əl-Qaidə"nin Şimali Afrika qolu olan "Akim" tərəfindən girov götürülüb. İsveç vətəndaşı bir qrup imkanlı şəxslə birlikdə motosiklet turuna getdiyi vaxt Timbuktu şəhərində qaçırılıb. Hadisə vaxtı terrorçulara qarşı dirənən bir alman isə öldürülüb.
Yohan Qustafson və onunla girovluqda olan Cənubi Afrika vətəndaşı Stefen MakQovanın azad olunması üçün terrorçular 20 milyon avro tələb edib.
Mətbuat toplantısı keçirən İsveçin xarici işlər naziri Marqot Valström Yohan Qustafsonun sərbəst buraxılmasının rəhbərlik etdiyi nazirlik və İsveç polisinin digər ölkə qurumları ilə işbirliyi nəticəsində gerçəkləşdiyini deyib.
Nazir "Akim"ə pul ödənib-ödənmədiyini açıqlamayıb. Ancaq Yohan Qustafsonun qaytarılmasında Qətərin rolunun olduğu güman olunur.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA