Sabah Bakıda 34 dərəcə isti olacaq

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, havanın temperaturunun gecə 20-23, gündüz  29-34 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR