Ukraynada terror: xüsusi təyinatlıların komandiri maşında partladıldı - REAL GÖRÜNTÜ

Ukraynanın paytaxtı Kiyev şəhərində Salomensk rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşın partlayıb.

 

APA TV-nin "RİA Novosti"yə istinadən məlumatına görə, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Kadrlardan göründüyü kimi, avtomobil hərəkətdə olub və işıqfora çatana yaxın partlayıb. Partlayış nəticəsində ətrafa metal qırıntılar tökülüb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Bir qədər sonra sürücünün Ukrayna Müdafiə Nazirliyinin əməkdaşı Maksim Şapoval olduğu açıqlanıb. M.Şapoval Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri imiş.

 

Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı təhqiqat aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR