Ağ Ev: Əsəd rejimi kimyəvi silahlı hücuma hazırlaşır
ABŞ rəhbərliyi Suriyada Əsəd qüvvələrinin kütləvi qırğın silahı ilə hücuma hazırlaşdığını bəyan edib.
APA TV-nin məlumatına görə, Ağ Evin sözçüsü Şon Spayser Suriyada kimyəvi silahlı hücumun həyata keçiriləcəyi barədə yazılı açıqlama verib:
"ABŞ Əsəd rejimi tərəfindən məsum uşaqlar daxil olmaqla mülki şəxslərin ölümünə səbəb ola biləcəyi gözlənilən bir kimyəvi silahlı hücumun hazırlıqlarının olduğunu müəyyənləşdirib. Bu hazırlıqlar 4 aprel 2017-ci ildəki kimyəvi silahlı hücumdan əvvəlkilərə bənzəməkdədir".
Açıqlamada "Əsəd bu hücumu həyata keçirəcəyi halda, özü və ordusu əvəzini ağır ödəyəcək" deyə qeyd olunur.
Qeyd edək ki, ABŞ Əsəd qüvvələrinin 4 apreldə İdlibin Han Şeyhun bölgəsində həyata keçirdiyi kimyəvi silah hücumuna cavab olaraq rejimə aid Şayrat hava limanını 7 apreldə "Toma qavk" raketləri ilə vurmuşdu.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA