“www.esgeremektub.com” vasitəsilə yazılan məktublar Beyləqanda əsgərlərə çatdırılıb
26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Azərbaycanın bütün bölgələrindəki hərbi hissələrində açıq qapı günü keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qoşunların təmas xəttindəki hərbi hissələrdə təşkil olunan tədbirdə əsgərlərin ailə üzvləri, keçmiş döyüşçülər, dövlət rəsmiləri, millət vəkilləri və Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmiləri də iştirak edib.
Tədbirdə əsgərlərimizin nümayiş etdirdikləri fiziki hazırlıq və döyüş nümunələri millət vəkili Adil Əliyevin diqqətini daha çox çəkib: "Xüsusi təyinatlı əsgərlərimizin nümunəvi göstəricilərini xüsusi göstərmək lazımdır. Azərbaycan əsgərləri daim hər an hər şeyə hazır olduğunu hər an göstərirlər. Ordumuz, xalqımız etibarlı əllərdədir".
Tədbirdə “esgeremektub.com” layihəsinin təşkilatçısı, bir qrup keçmiş döyüşçü və jurnalistlər də iştirak edib. Əsgərlər respublika ictimaiyyətindən aldıqları məktubları sevinclə qarşılayıb: "Salam əsgər! Hamınıza cansağlığı arzu edirəm. Daim vətənin keşiyində durduğunuza görə sizə təşəkkürlər! İnşallah mən də 15 gündən sonra vətənin keşiyində olacağam. Allah sizin yolunuzu gözləyənlərin gözünü yolda qoymasın. Çox şad oldum, Allah canlarını sağ eləsin, daim bizə dayaq olduqları üçün var olsunlar!.
Hərbi hissənin əsgərləri valideynlərin və qonaqların qarşısında döyüş tapşırıqlarını yerini yetiriblər.
Əsgərlərin görüşünə gələn ziyarətçilər hərbi hissədə əsgərlər üçün yaradılan şəraitlə tanış olublar. Eyni zamanda əsgər yeməkxanasında bir yerdə nahar ediblər.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA