Neftin qiymətlərində qeyri-müəyyənlik davam edir

Dünya neft bazarındakı qiymətlərdə qeyri-stabillik davam edir.

 

APA TV-nin məlumatına görə, dünən axşam saatlarında birjalarda xam neftin qiymətində hiss olunacaq ucuzlaşma qeydə alındıqdan sonra yenidən bahalaşma baş verib.

 

Ötən həftə ABŞ-da başlayan hasilatın və neft quyularının sayının artmasının davam edəcəyi təqdirdə, qiymətlərin 40 dolların altına düşəcəyi gözlənilir. Eyni zamanda ən böyük neft istehlakçıları ABŞ, Çin və Hindistanda yaxın zamanlarda neftə tələbin artmasının gözlənilməməsi qiymətləri təsir altında saxlayır.  

 

Brent nefti  45,38 dollara qədər ucuzlaşdıqdan sonra 46,16 dollara qədər yüksəlib. WTİ neftinin qiyməti isə 43 dollardan aşağı düşüb. Qərbi Texas nefti hazırda 43,55 dollardan təklif olunur.

 


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR