Mara Baqdasaryan yenə məhkəmə qarşısına çıxarıldı

Moskvada avtoxuliqanlıqla ad çıxaran Mara Baqdasaryan növbəti dəfə məhkəmə qarşısında dayanıb. Bu dəfə ondan məhkəmə pristavları şikayət ediblər. Onlar məhkəməyə məlumat veriblər ki, Mara Baqdasaryan icbari işlərdən boyun qaçırır.

 

Məhkəmə işə baxıb və sənədləri buraxılmış səhvlərə görə pristavlara geri qaytarıb. Onlar səhvləri aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmılidirlər.

 

Mara Baqdasaryanı icbari işlərdən boyun qaçırdığına görə 300 min rubladək cərimə və ya 15 sutkayadək inzibati həbs gözləyir.

 

Xatırladaq ki, Mara Baqdasaryan 2016-cı ildə polis “Gelandewagen”i qovaraq saxladıqdan sonra məşhurlaşıb. Həmin vaxt varlı ailələrin övladları nümayişkəranə şəkildə yol hərəkəti qaydaları dəfələrlə pozmuşdu. Saxlanıldıqdan sonra Mara Baqdasaryanın ödənilməmiş külli miqdarda cəriməsinin olduğu üzə çıxmışdı. Mara Baqdasaryana məcburi əmək təyin edilsə də, o bundan boyun qaçırdığına görə indiyədək bir dəfə 15 sutka inzibati həbs cəzası alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR