QMİ sədri: "Azərbaycanda məzhəb ayrı-seçkiliyi salmaq istəyənlər var"

"Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik etmək istəyənlər var".

 

APA TV-nin məlumatına əsasən, bunu Ramazan münasibətilə "Əjdərbəy" məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. 

 

QMİ sədri kənar qüvvələrin ölkəmizin daxili işinə qarışmasına imkan verilməyəcəyini də vurğulayıb: "Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik etmək istəyənlər var. İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb. Ramazan ayında böyük fərəhdir ki, erməni işğalından azad olunan torpaqlarımızda birinci dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda  gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız azad olunacaq".

 

QMİ sədri deyib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: "Bu yaxınlarda ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir. Bu siyasət öz bəhrəsini verir".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR