Vətəndaşların "esgeremektub.com" saytı vasitəsi ilə yazdığı məktublar әsgәrlәrә çatdırılıb
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür. Bu münasibətlə "N" saylı hərbi hissədə keçirilən tədbir zamanı "www.esgeremektub.com" saytı vasitəsi ilə vәtәndaşların yazdığı mәktublar әsgәrlәrә çatdırılıb. APA İnformasiya Agentliyinin baş direktoru, "APA Holding"in Direktorlar Şurasının sədri Nurşən Quliyev çıxış edərək bildirib ki, məqsəd ordu günündə vətəndaşların ürəyindəki arzuları əsgərlərə çatdırmaqdır: "Biz qısa müddət ərzində onu müşahidə etdik, onu gördük ki, ölkə vətəndaşları əsgərlərimizlə, hərbçilərimizlə qürur duyur, onlarla nəfəs alır. 3000 artıq vətəndaşın məktubu var və artıq saytlarda yayımlanıb. Hər birinə baxa bilməmişəm, amma 3-ü seçmişəm ki, onları sizin diqqətinizə çatdırım. 6 yaşlı uşağın məktubu var. "Salam əsgər mənim 6 yaşım var. Mən hər gün rahat və sakit yaşamağımı sizlərə borcluyam. Böyüyəndə mən də sizin kimi əsgər olub vətəndaşlarımızı qoruyacağam".

Daha sonra tədbir bədii hissə ilə davam edib. Konsert proqramında tanınmış müğənnilər iştirak edib. Əsgərlərlə birlikdə rəqs ediblər:
Qeyd edək ki, bu gün bütün hərbi hissələrdə "açıq qapı" günü keçirilib. Valideynlər övladları ilə görüşüb: "Çox sağ olsunlar ki, bun gün belə konsert təşkil ediblər, hər şey yaxşıdır. İndi müharibə şəraitində yaşayırıq, hər an əmr gözləyirik ki, torpaqlarımızı işğaldan azad edək".
"Bu gün mən çox şadam, öz balamı gördüyümə görə sevinirəm. Bütün əsgərləri, hər kəsin bayramını təbrik edirəm. Uşağımdan da razıyam, hərbi xidmətindən də. Çox darıxmışdım. Gəldim, övladımı gördüm, dərdləşdik".
"Bu gün övladımı gördüm. Hər iki bayram münasibəti ilə əsgərləri, zabit heyətini təbrik edirəm, sağ olsunlar ki, bu şəraiti yaradıblar. Hər bir an Ali Baş Komandanın əmrini gözləyirik".
"Bu gün Azərbaycan Respublikasının müqəddəs Ramazan bayramı və Silahlı Qüvvələr Günüdür. Mən bu münasibətlə şəxsi heyət adından bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bütün şəxsi heyətin adından demək istəyirəm ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə hazırıq".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA