Cəbhə bölgəsində xidmət edən əsgərlər "esgeremektub.com" layihəsinə toplanan məktubları oxudular

26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu il dönümündə bir qrup keçmiş döyüşçü və jurnalist hərbçilərlə görüşüb. APA TV-nin məumatına görə, nümayəndə heyəti "esgeremektub.com" layihəsinin topladığı məktubu əsgərlərə çatdırıb.


İlk olaraq Füzuli istiqamətinə gələn qonaqlar Qazaxlar Sərhəd zastavasında olub. Sərhədçilər onlara  məktub yazanlara təşəkkürlərini çatdırıb: "Salam Azərbaycan əsgəri! Biz sizin sayənizdə evlərimizdə rahat yatırıq. Sizin saçınızın hər bir telinə minlərlə düşmən qurban. Allah sizi qorusun. Süleyman Süleymanzadə." Belə məktublar bizi çox siz sevindirdi. Mən əminəm ki, hər kəs bu məktubu saxlayacaq. Çox istərdim ki, bütün əsgərlərə belə məktublar göndərilsin. Onlar da bizim kimi sevinsin".

"Salam igid əsgər. Hər zaman möhkəm dayan. Selcan  İsayeva". Çox xoş bir hissdir. Əsgərlərimizə belə məktub yazırlar. Sizlər də çox sağolun ki, belə təşkilatçılıq etmisiniz. Əhalinin sevincini bizə çatdırmısınız".

Füzuli Dövlət Dram Teatrının aktyorları əsgərlər qarşısında yumoristik səhnələr nümayiş etdirib. Nümayəndə heyətinin tərkibində olan  Şəmistan Əlizamanlı hərbçilərə vətənpərvərlik ruhunda mahnılar ifa edib. 

Daha sonra Horadiz Sərhəd Dəstəsinə gələn qonaqlar əsgərlər qarşısında çıxış edərək keçmiş döyüş xatirələrindən danışıblar. Layihə rəhbəri Arif Şəmistanlı bu günədək 2000 nəfərədək soydaşımızın əsgərə məktub yazdığını deyib. Yazılan məktubların hamısının bayram günlərində öz ünvanına  çatdıracağının sözünü verib.  Millət vəkili Aydın Hüseynov gənc əsgərlərə yazılan məktubların arasında sevgi mesajı olduğunu ifadə edib: "Çox gözəl layihədir. Əsgərlər məktubları oxuyanda üzlərində sevinc ifadələri vardı. Bəzən məktubu oxuyanda güldüklərini görürdüm. Mən belə güman edirdim ki, onlarının məktubunda sevgi mesajları yazılıb".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR