Ramazan bitdi, "Təzəpir" məscidində bayram namazı qılınıb
"Bu gün dünya müsəlmanları Ramazan bayramını qeyd edir. Bu münasibətlə "Təzəpir" məscidində bayram namazı qılınıb, dualar oxunub".
Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin iştirakı ilə qılınan namazda şəhidlərin və İslam dinində müqəddəs sayılan şəxslərin ruhuna dualar oxunub, xalqımıza və millətimizə əmin amanlıq arzulanıb.
Şeyx dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib, ən xoş diləklərini ifadə edib: "Allah Təala bizə zəfər versin. İnşallah, tezliklə torpaqlarımız azad olunsun və Qarabağ torpaqlarında inşallah bizim azan səslərimiz gəlsin. Biz çox sevinirik ki, bu gün Azərbaycanda vəhdət var, birlik var. Hacı Salman və biz bu gün burada məzhəb ayrı-seçkiliyi etmədən namaz qıldıq. Bu, bizim dövlətimizin siyasəti, dövlət rəhbərinin bizə göstərdiyi yoldur".
Öz növbəsində dindarlar da bu müqəddəs bayram münasibətilə xalqa öz təbriklərini çatdırıblar: "Arzum budur ki, hər il cavanlar bu cür bayram keçirsinlər. Allah hamının niyyətini hasil eləsin, arzu-muradına çatdırsın".
"Mən həyatda heç bir şey istəmirəm. Bilirsən nə istəyirəm birinci? Can sağlığı. Balalarıma, bütün millətə can sağlığı istəyirəm, bir də bu dünyamız bərqərar olsun".
Oruc tutmaq özünü qiyamət gününə hazırlamaqdır, deyir dindarlar. Oruc insan nəfsini tərbiyələndirən amil kimi müsəlmana vacib hesab olunur: "Niyə Allah bizə əmr edir ki, oruc tutun. Qiyamət, məşhər günündə aclıq, susuzluq olacaq, qorxu olacaq, dəhşətli səs olacaq. Bu orucunu ona görə tuturuq ki, qiyamət, məşhər günündə orada dözə bilək".
"Allahdan arzum birinci can sağlığıdır. Allah dünyamızı salamat eləsin. O müqəddəs torpağımız da işğal altından azad olunsun. O gözəl prezidentimizin arxasında möhkəm dayanaq ki, ona kömək edək".
Allah orucunuzu və etdiyiniz bütün duaları qəbul etsin!
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA