Qətər əmirindən konkret cavab: "İranla əlaqələri kəsməyəcəyik!"

"Biz İranla münasibətlərimizi kəsməyəcəyik, əksinə İslam dünyasında problemlərin həll olunması üçün əlaqələri daha da genişləndirəcəyik". APA TV-nin "Əl- Məyadin" telekanalına istinadən məlumatına görə, bu açıqlamanı Qətərin əmiri Tamim bin Həmad Əl Tani verib.


Əmir bu sözləri 4 ərəb ölkəsinin Dohaya "barışıq şərtləri" təqdim etdikdən cəmi iki gün sonra səsləndirib. Sözü gedən tələb siyahısında Qətərdən məhz İranla münasibətləri dayandırması israr edilir.

Öz növbəsində İran prezidenti Həsən Ruhani də Qətərlə əlaqələrə xüsusi önəm verdiklərini bildirib. Qətəri qardaş ölkə adlandıran Ruhani İranın hava və quru məkanının adı çəkilən ölkə üçün açıq olduğunu vurğulayıb.

O, regionda baş verən diplomatik böhranın danışıqlar yolu ilə həll edəcəyinə əminliyini ifadə edib.


Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR